Gəncədə qardaş bacısını bıçaqlayıb 

Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin şəhərin sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45