Gəncədə qadını maşın vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, təqribən 50-55 yaşlı qadın Əziz Əliyev küçəsində yolu qarşı tərəfə keçmək istəyən zaman onu maşın vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47