Gəncədə qadın qaynar su qazanını üzərinə aşırdıb

Gəncə. 13 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 31 yaşlı qadın yaşadığı evdə ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu qazanı üzərinə aşırdıb.

Müxtəlif yanıq xəsarətləri alan zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Lənkəranda qadın su quyusuna düşərək boğulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14