Gəncədə qadın mağazadan pulqabı oğurladı

Gəncədə mağazadan pulqabı oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami (Gəncə) Rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki mağazaların birindən içərisində 800 manat olan pulqabı oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini L.Əliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər