Gəncədə piyadanı vuraraq ağır yaralayan sürücü saxlanılıb

Gəncə. 5 iyul. REPORT.AZ/ Gəncə şəhərində piyadanı avtomobillə vuran sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Nizami prospektində yerləşən Şəmkir Avtovağzalının qarşısında yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Rzayev Həsən Əli oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü, 1985-ci il təvəllüdlü Abdullayev Abil İbayə oğlu isə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39