Gəncə şəhər Heydər Əliyev prospektində piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Qasım Rüstəmovu "VAZ" markalı avtomobil vurub.
Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.