Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Emil Quliyev şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər