Gəncədə orta yaşlı kişi intihara cəhd edib

Gəncə. 10 iyun. REPORT.AZ/ Gəncə şəhər sakini intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Gəncə şəhər sakini Vəliyev Cavanşır Həmid oğlu yaşadığı evdə qəbul etdiyi müxtəlif dərmanlardan zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Qohumlarının bildirdiyinə görə, psixoloji problemləri olan C.Vəliyev özünü zəhərləyərək öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39