Gəncədə orta yaşlı kişi bıçaqlanıb

Gəncə. 24 noyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü yerli sakin Samir Rahimov Cavad Xan küçəsindəki restoranlardan birinin önündə hələ ki, bilinməyən səbəblərdən bıçaqlanıb.

İki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən S.Rəhimovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə bıçaqlanma hadisəsi baş verib.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28