Gəncədə bank kartlarından 16 min manatdan çox pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhərində onlayn yolla 16 min manat oğurlamaqda şübhəli bilinən Bakı sakini saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 16 min 200 manat pulu onlayn yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Kənan Bayramzadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37