Gəncədə "Niva" DYP-nin avtomobilinə çırpılıb

Gəncə. 24 mart. REPORT.AZ/ Gəncə şəhərində "Niva" markalı avtomobil Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilə çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Hərəkətdə olan "Niva" idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus "BMW"yə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45