Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb

Gəncə şəhərində 3 kişi bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə Dəmiryolu Vağzalı yaxınlığında qeydə alınıb.

1996-cı il təvəllüdlü M.Hümbətov, 1989-cu il təvəllüdlü E.Əliyev və qardaşı R.Əliyev mübahisə zəminində bıçaqlanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27