Gəncədə minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Gəncə. 8 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin qərb çıxışında baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yanacaq daşıyan yük maşınına çırpılıb. Nəticədə minik maşınında olanların xəsarət aldığı bildirilir.

Hazırda əraziyə DYP əməkdaşları və təcili yardım xidməti cəlb olunub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47