​Gəncədə minik avtomobili yanıb

Bakı. 29 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Gəncə şəhərinin Nizami rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

"Report" xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər