Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə zamanı- 1984-cü il Asif Xəlilov və 2002-ci il Elmir Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.