Gəncədə mənzildən meyit tapılıb

Gəncə şəhərinin Gülüstan qəsəbəsində, bina 6-da yerləşən mənzillərin birində orta-yaşlı kişinin meyiti aşkarlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qapısı bağlı mənzilə daxil olunub və orada 1 nəfərin meyiti tapılıb.

Onun üzərində gözlə görünən zorakılıq əlamətləri olmadığı, ölüm səbəbinin isə araşdırıldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54