Gəncədə maşın gənc qadını vuraraq ayağını qırıb

Gəncə. 6 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şərq çıxışında, kəlbəcərli məcburi köçkünlər üçün salınmış şəhərciyin yaxınlığında yolu keçmək istəyən 20-25 yaşlı qadın avtomobil tərəfindən vurulub.

O, öncə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb, ardınca isə özəl xəstəxanaların birinə göndərilib. Məlumata görə, ayağı sınan piyadanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26