Gəncədə keçmiş məhkum heroinə görə saxlanılıb

Gəncə şəhərində keçmiş məhkumdan heroin götürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Nuruyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 258 qramdan artıq heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər