Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1995-ci il təvəllüdlü E.Əsgərov və 1985-ci il təvəllüdlü S.Məsimov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya aparılıb.

Onların kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45