Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var

Gəncə. 27 fevral. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, 1974-cü il təvəllüdlü Elsevər Əlövsət oğlu Abdullayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Samux rayonunda yol qəzası baş verib.

Digər xəbərlər