Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Dədə Qorqud küçəsində iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü E. Bayramov və 1991-ci il təvəllüdlü X. Əsgərov xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51