Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncə. 10 may. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində bir nəfər: - Samux rayon sakini, 1965-ci il təvəllüdlü Nürübət Məhərrəmova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45