Gəncədə avtomobil 52 yaşlı qadını vuraraq öldürüb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində minik avtomobili yolu keçmək istəyən, 1973-cü il təvəllüdlü L.İsmayılovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14