Gəncədə iki avtomobil toqquşub, ər-arvad xəsarət alıb

Gəncə şəhərində yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və Nissan" markalı iki avtomobilin toqquşması nəticəsində ikinci minik maşınında olan 1980-ci il təvəllüdlü Rövşən Abdullayev və həyat yoldaşı Ülfət Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50