Gəncədə Həmrəylik günü və Yeni ilin gəlişi atəşfəşanlıqla qeyd olunub - VİDEO

Bakı. 1 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi möhtəşəm atəşfəşanlıqla qeyd olunub.

“Report” xəbər verir ki, şəhər sakinləri və şəhərin qonaqları gecə saatları olmasına baxmayaraq, 2018-cı ili qarşılamaq üçün şəhərin baş meydanına toplaşıblar.

Hər kəsin üzündəki sevinc və şən əhval-ruhiyyəyə DJ və Gəncə Dövlət Filarmoniyasının solistləri daha da nəfəs verib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39