Gəncə şəhəri 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə "Report"un Qərb bürosuna "Azərişıq" ASC-dən bildirilib.
17:03
Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.
Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılır.