Gəncədə gənc qız bıçaqlanıb

Gəncə şəhərində gənc qız bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin "Avtozavod" adlanan ərazisində 1992-ci il təvəllüdlü Ayişə Şehrəddin qızı Əzizovaya 3 bıçaq zərbəsi vurulub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Gənc qızı bıçaqlamaqda şübhəli bilinən qardaşı, 1990-cı il təvəllüdlü Orxan Sarıyev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22