Gəncədə gənc qadının üzərinə qaynar su dağılıb

Gəncə. 10 mart. REPORT.AZ/ Gəncə şəhərində yerli sakin üzərinə qaynar su dağılması nəticəsində yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanıq xəsarətləri alan 27 yaşlı qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Ona ilkin tibbi yardım göstərilib və hazırda Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47