Gəncədə fəhlə ehtiyatsızlıqdan ağır xəsarət alıb 

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton" zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39