Gəncə. 24 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində silsilə oğurluq edən şəxs saxlanılıb.
"Report"un Qərb bürosu xəbər verir ki, Kəpəz (Gəncə) rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-oktyabr ayları ərzində Gəncə şəhəri ərazisində bir evdən 90 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyasını, dörd avtomobildən pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Əli Əzizov saxlanılıb.
Faktla bağlı araşdrıma aparılır.