Gəncədə əsəb xəstəsi olan oğlan anasına xəsarət yetirdi

Gəncə şəhərində əsəb xəstəsi olan oğlan anasını kəsici alətlə yaralayıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Zülfiyyə Vəliyeva qol nahiyəsindən kəsici alətlə xəsarət alıb.

O, şəhər ərazisində olan xəstəxanaların birinə yerləşdirilib. İlkin məlumatlara görə, qadına əsəb xəstəsi olan oğlu tərəfindən xəsarət yetirilib.

Fakt üzrə araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24