Gəncədə ər və arvad yol qəzasına düşüb

Gəncə. 26 avqust. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində sürücü xəsarət almasa da, maşında olan 1997-ci il təvəllüdlü həyat yoldaşı Aygün Verdiyeva yaralanıb.

Xəstəxanaya aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41