Gəncədə ər arvadını bıçaqlayıb

Gəncə. 7 oktyabr. REPORT.AZ/ Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Yarıyeva Əfsanə Qəhrəman qızı qarın nahiyəsinin daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan qadının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47