Gəncədə ər arvadını balta və armaturla döyməkdə şübhəli bilinir

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində 1991-ci il təvəllüdlü H.Abıyevanın balta və armaturla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Yaxınlarının dediyinə görə, qadının həyat yoldaşı hadisəni törətməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47