Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə Cihazqayırma Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
19:26
Gəncədə Cihazqayırma zavodunda yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, zavodun ərazisində yanacaq çənində və yaxınlığında yerə tökülən yağ yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.