Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, A.Mehdiyev, E. Alırzayev, Ç.Şaxtaxtinski, R.Şaxtaxtinskaya və Cəmilə adlı qadına məxsus bir-birinə bitişik evlərdə yanğın olub.
Yanğında dörd ev tam yanıb, bir evin isə dam örtüyünə zərər dəyib.
Əraziyə dörd yanğınsöndürən maşın, 20-ə yaxın canılı qüvvə cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.