Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə ağır xəsarətlər alıb

Gəncə şəhərində yaşayış binasının 5-ci mərtəbəsindən yıxılan 12 yaşlı yeniyetmə ağır xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İdris Məşədi Zaman oğlu küçəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Ü.Əliyev xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər