Gəncədə bıçaqlanma hadisəsi baş verib

Bakı. 10 noyabr. REPORT.AZ/ Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Report"un qərb bürosu xəbər verir ki, hadisə Gəncə şəhərində, Atatürk prospektində baş verib.

Şəhər sakini, 1985-ci il Rəhimov Fariz Fazil oğlu çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Məlumata görə, o, əvvəllər də bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37