Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var 

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yeni Gəncə qəsəbəsində 2 avtomobil toqquşub.

Yol qəzasında 23 yaşlı Abdullayev Beydalı Tofiq oğlu ölüb, 21 yaşlı Ağacanov Rüstəm Silduz oğlu isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37