Gəncədə avtomobillər toqquşdu, xəsarət alan var

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 

Hərəkətdə olan "Infinity" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ"-ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26