Gəncədə avtomobillə vurulan piyada ölüb 

Gəncə şəhərində yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən restoranlardan birinin yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Tural Mustafayev dünyasını dəyişib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

Qəzanı törətməkdə şübhəli bilinən sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54