Gəncədə avtomobilin vurduğu qadın xəstəxanada ölüb 

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə sentyabrın 22-də şəhər ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil piyada, 1965-ci il təvəllüdlü Nurlana Cəfərovanı vurub. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. O, senytabrın 24-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti