​Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib

Bakı. 16 noyabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobilin vurduğu piyada bir neçə gündən sonra dünyasını dəyişib.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 12-də saat 13 radələrində şəhər sakini Firdovsi Yadigarov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Tapdıq Vəliyevi vurub.

Xəstəxanaya yerləşdirilən yaralı noyabrın 15-də dünyasını dəyişib.

Digər xəbərlər