Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirib

Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.

Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26