Gəncədə avtomobil qoca qadını ərinin gözləri qarşısında vuraraq öldürüb - YENİLƏNİB

Gəncə. 25 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qoca qadının kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1940-cı il təvəllüdlü Kübra Yusif qızı Bayramova həyat yoldaşı ilə birlikdəı Gəncə şəhərinə gedərkən yüksək sürətlə hərəkətdə olan yük maşınının altında qalıb. 

Qeyd edək ki, hadisə qadının ərinin gözləri qarşısında baş verib.


***13:02

Gəncə. 25 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux magistralında qeydə alınıb. 

Yüksək sürətlə hərəkətdə olan yük maşını hələlik adı məlum olmayan qoca qadını vurub. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. Yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39