Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.

Avtomobil qəzası zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48