Gəncədə zərcirvari yol qəzası olub, yaralananların kimliyi açıqlanıb - YENİLƏNİB

Gəncə şəhərində 3 avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində 1990-cı il təvəllüdlü V.Allahverdiyev, 2002-ci il təvəllüdlü B.Quliyev və 1961-ci il təvəllüdlü Ş.Yusibova xəsarət alıb.

Onların vəziyyəti qənaətbəxş hesab edilir. Faktla bağlı araşdırma aparılır.

22:07

Gəncə şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir neçə nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər