Gəncədə avtomobil qəzası baş verib, 3 nəfər yaralanıb - FOTO

Gəncə. 30 mart. REPORT.AZ/ Gəncə şəhərinin Atatürk prospektində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Belə ki, "KİA" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun sol tərəfindən gələn "Mercedes-Benz" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes"də olan bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41