Gəncədə avtomobil yolu keçən qadını vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Atatürk prospektində yolu qarşı tərəfə keçmək istəyən, 1966-cı il təvəllüdlü Nailə Kərimovanı avtomobil vurub. 

Yaralı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər