Gəncədə oğurluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildiirlib ki, oğurluq etdiyinə görə tutulan C.Əliyevin ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun “VAZ 2107” markalı avtomobili qaçırması da müəyyən edilib.